Məhəmmədəliyə nəsihət
Gözümün nuru ey Məhəmmədəli!Kömək olsun sənə Əliyən vəli!
Ey mənim sərvi-bağ, bustanım,Ey mənim bülbüli-gülüstanım.
Sən mənim cismim içrə canımsan,Sən mənim tifli-xoşbəyanımsan.
Nə qədər ki, əlində var fürsət,Dərsinə eylə hər zaman diqqət.
Yetişibdir zamani-elmü ədəb,Mənzilin eylə guşeyi-məktəb.
Dəmbədəm məktəb ilə ol dəmsaz,Qış həm yaz həm oxu, həm yaz.
Dərsini yaz, oxu, eylə əzbər,Sənə verərəm qələm, kağız, dəftər.
Dinü dünyanı elm edər abad,Özünü eylə cəhldən azad.
Ruzigarın keçirtmə qəflətlə,Elm təhsil eylə diqqətlə.
Ömrünü məsrəf eylə bir neçə il,Taki təhsil edəsən bir neçə dil.Urusu, farsı, türkü, həm ərəbi,Onları bilmək artırır ədəbi.
Sən də öyrən ki, əhli-hal olasan,Bəlkə filcümlə bakamal olasan.
Olasan niknam, azadə,Həm bu dünyada, həm o dünyadə
Kitabxana.az · https://kitabxana.az/works/sidqi-mehemmedeliye-nesihet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış,Müddəti-hicrin sənin bihəddü bipayanmış.
Tutiya eyləmişəm çeşmimə xaki-dəriniTutiya eyləmişəm çeşmimə xaki-dərini,Gözüm insaf eləsin, tökməsin əşki-tərini.
Bir bəzm ola ki, bir mən olam, bir də yar olaBir bəzm ola ki, bir mən olam, bir də yar ola,Gülzar ola, çəmən ola, fəsli-bahar ola.
Bülbül əgər şikayət edər cövri-xardənBülbül əgər şikayət edər cövri-xardən,Yoxdur davamı, təngə gəlib ah-zardən.