Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış,Müddəti-hicrin sənin bihəddü bipayanmış.

Yox gümanım tazədən bu mülki-dilabad ola,Əvvəlindən bu xarab olmuş könül viranmış.

İndi bildim, yox məzəmmət binəva Məcnun üçün,Bəs deyərdim biəbəs səhrada sərgəranmış.

Sidqiyəm, sidq ilə nuş etdim vəfa peymanəsin,Bimürüvvət dilbərim biəhdü bu peymanmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq