Qəzəlin tərifi
Qəzəl – Şərqin incisi!Qərb inciyir, incisin!Qərbin də soneti var,Dərdi var, onda desin.
Qəzəlin tanrısı – eşq,Əzabı-ağrısı – eşq,Yarısı məhəbbətdir,O biri yarısı – eşq.Qəlbi hicranla dolu,
Göyə şükranla dolu.Kövrək ürək kimidir,Hiss-həyacanla dolu.
Qəzəl – şeirin daş-qaşı,Yandırır dağı-daşı.Bir beytində təbəssüm,Bir beytində göz yaşı.
Orda yar-yardan ayrı,Bülbül Bahardan ayrı.Aşiq – Aşıq Qəribdir,Doğma diyardan ayrı.
Orda insan – təbiət,Bir-birinə olub bənd.Hər sözü Aydan aydın,Nə hiylə bilir, nə fənd.
Məcnunların dünyası,Məhəbbətin aynası.Ordakı sakinlərinYoxdur məkri, riyası.
Zərif xəyal var orda,Gör nə cəlal var orda.Cavabı – bir olan söz,Min bir sual var orda.
Orda sirli-soraqlı,Möhtəşəm, uca tağlıBir qala bürcü hörüb,Müdrik insanın ağlı.
Qəzəl yaralı sevda,Ağlı-qaralı sevda.Sevdadan aralı yar,Yardan aralı sevda.
Məqam-məqam ağrıyar,Muğam-muğam ağlayar.Qəlbindəki ağrınıGözün yaşıyla yuyar.Həsrət silsiləsidir,Qərib ah-naləsidir,
Baba dağından gələnDərd-qəm şəlaləsidir.
Göyü Günəşli-Aylı,Yeri vüsal haraylı.Beyt-beyt pilləkan,Hər pillə ahu-vaylı.
Qəzəlin ruhu incə,Gedər üzü sevincə.Tükün darağa gələr,Sevincə, sevilincə.
Mübaliğəsi – hicran,Təşbehi – can alan can.Qərinələrdən keçibGəlib bu zamanacan.
Qəzəl – ərəbdən gəlir,Ən yüksək təbdən gəlir,Ən adi mərifətdən,Fövqələdəbdən gəlir.
Butası göydən gəlir,Yanıqlı neydən gəlir,Həsənoğlu diliyləYara gileydən gəlir.
Qəzəl – umu-küsümü,Ya mehrin meh əsimi?!İlk görüşün qılığı,Ayrılığın səsimi?..
Ey qəzələ kəc baxan,Gör kimlərdi qəzəlxan.Haqq söz deyib də, göyünHaqq dərgahına qalxan.
Birər-birər aşiqlər,Hər biri ər-aşiqlər,Özləri gün parçası,Sözləri zər aşiqlər.Nizami – məşhur – cahan,Xəqani – sözə xaqan.Nəvai, Nabi, Hafiz,
Hərəsi bir məkandan.
Nəsimi – dəryayi-nur,Adı çəkiləndə – dur!Dünyada nə çox aşiq,Haqq aşiqi tək – odur!
Təşbeh axtarma hədər,Qəzəl – Füzuli-kədər!Göyün – göy cadırındanGələn qəzavü-qədər.
Qəzəl – könüllü dözüm,Zənciri düzüm-düzüm.Məcnunların biri dəŞirvanlı Seyid Əzim.
Həbibi, Sabir, Hadi,Hər biri bir dünyadı.Qəzəl – gözün nisgili,Qəzəl – qəlbin fəryadı.
Söz bitmədi, hələ var,Bahar, Azər, Şəhriyar,Süleyman Rüstəm, Vahid,Az da yazsa Bəxtiyar.
Qəzəl yazmaq çətindir,Özəl yazmaq çətindir,Babat yazmağa nə var,Gözəl yazmaq çətindir.
Avqust-oktyabr, 2006
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-qezelin-terifi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Sevənlərin nə vecinəŞaxta kəssin nə qədər,
Təcnis: Məcnun olub səhralara düşmüşəmMəcnun olub səhralara düşmüşəm,Zeydsən Leylinin sorağını gör,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,