Pərişan eyləyib əhvalımı, bir gözləri yağı,Fərağında olub qəmxanə könlüm yağı oynağı.

Ayağım bağlıdır bidi-bəlayə, əldə çarəm yox,Urublar boynuma zənciri-zülfümdən boyunbağı.

Əgər Fərhad, ömründə qoyub, bir dağı-dağ üstə,Könüldə qoymuşam mən lalə tək dağ üstə min dağı.

O qədri qara günlər görmüşəm bəxti-siyahdan,Mənə şamü-səhər birdir, qaradan seçmirəm ağı.

Oldum qəmu ənduh ilə bazarı eşq içrə,İlahi, təngə gəldim, al əlimdən belə ortağı.

Nə gülzarə həvəsnakəm, nə bağə getməyə meylim,Nə könlüm şüşə meylində, nə dil istər Qarabağı.

Əgər mən tutiyəm, barı mənə təklif edin şəkkər,Gül istər bülbüli şeydanı gülşəndə, nə kim zağı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq