Unutdular məni, unutdular
Könül bağladığım adamlar,Sirr verib, sirr saxladığım adamlar,yanlarında ağladığım adamlardünya gələ, gedə çıxmaz yadımdan.
Əlim əllərindən çəkilməmiş,Yıxıq könüllər tikilməmiş,qonur gözləriməqara torpaqlar tökülməmişunutdular, məni unutdular.
Görünmədim gözlərinə,göz görmədi, könül unutdu,bu dünyada yaman dərtdi-görünərsən, deyərlər, var,görünməzsən, unudarlar.
Düşünürəm öz dalımca,düşünürəm, gözüm dolur,Hamı səni unudandabu yalançı dünyadaölümlər gerçək olur.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-unutdular-meni-unutdular
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
QadınQadın! Ey sevgili həmşirə, oyan!Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum