Canım, nə şirin, nə dadlıgöyüzündə görünməz bir quyuya yıxılantəkqəflətən yıxılmaq,heç bir üz görmədən,heç bir iz qoymadanyox olmaq! Yox olmaq!

Hər axşam görünüb,hər səhər yox olmaq,ulduzların hər axşamsulara girib yuxlamağı,hər səhər yox olmağıtək.

Yox olmaq! Yox olmaq!Hər an yenidən doğulan bir sevgininyaxasında yox olmaq!Bir daha yenidən yuxusunda doğulmaq!Doğulub yuxusunda da yox olmaq!

Yox olmaq! Yox olmaq!Heç öz-özünü də tapa bilməmək!

Yox olmaq! Yox olmaq!Yox olduğunu bilmədənbütün yox olanlarlaalın-alına, göz-gözə,nəfəs-nəfəsə qalmaq .

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri