Sən də zalım çıxdın, dəli qardaşım külək,apara bilmədin başımdakı dumanı,heç olmasa, qoyma, duman aparır məni.

Sən də zalım çıxdın, bacım günəş,heç demədin də başımdakı bu nə qarmış,əridə bilmədin bu bir ovuc qarı da,bacı, sənin də elə adın varmış.

Sən də zalım çıxdın, balaca balam dəniz,Heylədin, ulduzun duyuq düşdü?Balığını neynirdim, –Ulduzuna tor atdım,Toruma balıq düşdü.

Sən hamıdan zalım, körpəcə çiçək,çünki təkcə sən soruşursan məndən:– Zalım olmaq nədi?!– Mən də bilmirəm, anam,Amma, deyəsən, bu da bir cür istəkdi,zalımlara dua etmək,zalımları sevməkdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri