Təzə gələn körpəyə
Bütün körpələr cənnətdən gəlir. Hər təzə körpə dünyaya göz açan kimi canına daraşan dərdləri görüb qışqırır ki, onu istədiyi dünyaya deyil, səhvən başqa dünyaya gətirdiyini Allah eşitsin. Körpənin ilk qışqırtısı Allaha ilk duası, dünyaya ilk etirazıdır.
Ay bəbə, baxma geri,Allah bilibdi, yeri,hamı dünyaya səntəksəhvən gəlibdi, yeri.
Hamı Allahındı, bil,Allah hamının deyil,Gözünə hər nə dəyir,Allah qurubdu, yeri.
Sənlə enib dərdin də,Ürəyində, dərində-ən şirincə yerində,yurdun hörübdü, yeri.
Dönüb geri baxmağavarmı bir dünyan daha?Sözün varsa Allaha,Allah görübdü, yeri.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-teze-gelen-korpeye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Elə bil sevinirəm xəstələnəndə hər dəfə,sevinirəm sevgiylə doluram,
Çay canında daştək, göy canında quştək ağrıNolar, bir az da şən ağrı,mən də şən-şən inləyim
Səni kimə tapşırım gedim, Vətən, səni kimə tapşırım gedim, İlahiSəninçün neçə yol yerüzünə,neçə yol göyüzünə yıxıldım,
De: "sevdir – ol" sözündən əvvəl söz dünyada yoxduŞair başı – şair xaşı,Şair ürəyi yeyənlər
Başqa şairlərin şeirləri · İlahi eşq
Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Gecə ta sübhədək fəryad edər könlüm cərəslər təkGecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək.
QaldımÜrəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.