Dağlar da alçalıb bir az,Daşlar da yumşalıb bir az,Bu dünya boşalıb bir az,Hər şeyin bağı boşalıb.

Çox barmaqdan üzük düşüb,Çox igidlər yazıq düşüb,Əldən yumruq uzaq düşüb,Dodağın ahı boşalıb.

Baxır dünyanın damına,Dükanına, hamamına,Gücü çatmır adamına,Göydə Allahı boşalıb...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri