Neynirəm, baxmır sözümə,Əlimdən çıxır ayağım.Hərdən güc verib dizinə,Yolumdan çıxır ayağım.

Mən təkəm, ayağım qoşa,Deyir, dayan, yorulmuşam,Bu yolları səhər-axşam,Başıma qaxır ayağım.

Yolların yoxuşun çəkir,Elə bil qurğuşun çəkir,Nə çəkirsə başım çəkir,Bəs niyə qorxur ayağım?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri