Bu mənəm, bu da, üç balam,Bəs niyə uşaq kimiyəm?Qaranlıqda azıb qalanBir yetim işıq kimiyəm?

Demə: "Nədi işin-peşən?",Canında dərdi tərpəşən,Saz görsə, əti ürpəşənTəkqollu aşıq kimiyəm.

Mənəm bəxti sərxoş çıxan,Yer qazsa -su yox, daş çıxan,Dolu qabdan da boş çıxanBir sınıq qaşıq kimiyəm.

Ağrım özümdən oyaqdı,Ağlım sözümdən oyaqdı,İlahi, bir yağış yağıdır,Bir az bulaşıq kimiyəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri