Təalallah ki, sünidən sənintək xoş camal eylər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Təalallah ki, sün’idən sənintək xoş camal eylər,Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.
Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudanNə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər.
Üzü eyni-inayətdir şəhimin səm’inə degil:Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər?
Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər,Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər.
Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa,Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər.
Yar ilə xəstə könlümün əcaib haləti vardır,Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi yar hicrində ümid üzməz vüsalındanKi, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-tealallah-ki-suniden-senintek-xos-camal-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim aydır kim, üzün gülnara bənzər?Ki, üzün nurəvü gül nara bənzər.
Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşqKönlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.
Könlümün viranəsində gənci-pünhan bulmuşamKönlümün viranəsində gənci-pünhan bulmuşam,Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.
Könlümdə mənim eşqi-camalın əzəlidirKönlümdə mənim eşqi-camalın əzəlidir,Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir.
Başqa şairlərin şeirləri · Eşq
Gəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Bənim tanrımHər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,