Bu nə təhər danxmaqdı,Axı, belə kim darıxır?!Cibimdə əlim darıxır,Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,Darıxır yorğan-döşəyim,Evdə qalsam, ev-eşiyim,Yol getsəm, yolum darıxır.

Yoluma qızlar çıxsalar,Gülüb üzümə baxsalar,Yaxama bir gül taxsalar,Yaxamda gülüm darıxır.

Hara atım bu kədəri?Yox hesabı, yox qədəri,Görünür məndən ötəriHardasa ölüm darıxır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri