Bu dünyada hər nə varsa,Gedir üzü aydınlığa.Yaş ötdükcə qoca dünyaÇəkir bizi aydınlığa.

Qopub dərdimdən-ağrımdan,Gün kimi doğub bağrımdan,İçimin qaranlığındanÇıxır sözüm aydınlığa.

Çatdı ömrümün gündüzü,Deyəsən gün vurdu sizi,Qaranlığım yordu sizi,İndi dözün aydınlığa!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri