Sentimental yağış
Qız barmaqlarından nazik,sentimental bir yağışPiano dilləritəkçalır küçələri.Belə gündə pişiklər də həzinləşər,öpmək istər sərçələri.
Belə gündədarıxıram evimdə,Musiqili filmdəsözsüz rol oynayan müğənni kimi.Bir yağış nəğməsioxumaq istəyirəm.Buludların yağış barmaqlarınatoxunmaq istəyirəm.
Damlalar dupduru qız gözləritək, -yağır buludların göz bəbəkləri.Buludlar kor olacaq bu gecə,açılacaqtorpağın gözləri-göbələkləri.
Qəflətən göylərin yanaqlarındagünəş təbəssümtək görünən kimi,
Bu qəfil günəşə sevinəcəyik, -sevgisindən əl üzdüyün bir qızınqəfil öpüşünə sevinən kimi.
Çarpayılarımızıgünəşə çıxaracağıq, günəşə.Çarpayılardan asıb,günəşdə qurudacağıqBu yağışlı gecədəislanan yuxularımızı.
...Qız barmaqlarından nazik,sentimental bir yağışPiano dilləritəkçalır, çalır küçələri.Belə gündə pişiklər də həzinləşər,öpmək istər sərçələri...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-sentimental-yagis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çeşməli yaşıl dağlar,Yazdır, gül, açıl, dağlar.
Qəzəl: Onun qəddin nihali-ömri-cavidana bənzətdimOnun qəddin nihali-ömri-cavidana bənzətdim,Sözün abi-həyatə, ləli-nabın cana bənzətdim
Sakras üzləşməsi söylənciTunqər, Daryaş üzləşdilər Sakrasda,Gözləmirdi bu döyüşü tanrılar.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram