Ağrımaz bir ağrımızla,İşi yoxdu ağlımızla.Ağzımızla-burnumuzla,Başımızı qatan güzgü.

Tərs baxsaq da sifətinə,Bircə kəlmə çətin dinə,Həmişə su qiymətinəBizi bizə satan güzgü.

Yüz cür üz görüb qorxmusan,Yenə bizsiz darıxmısan,Bəlkə bizi sən doğmusan,Anam güzgü?..Atam güzgü?..

Daha bizdə hal qoymadın,Gizlənməyə yer qoymadın,Açılmayan sirr qoymadın,A dünyanı tutan güzgü!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri