İlxılar keçdi, ilxılar;madyanları, qulunları,qamçıya qul olanları.Tapdaladılar, keçdilərİncilləri, Quranları.

At belində çapanlarınəllərində qılıncları.At belində qırardılarbellərindən quluncları.

İlxılar keçdi, ilxılar;oddan, alovdan, tüstüdən.İlxılar keçdi, ilxılar;illər, nəğmələr üstündən.O illərin üzü ləkə,Nəğmələrin üzü ləkənal izindən, nal izindən.

Göydə günəş batanacanilxılar keçdi, ilxılar.Biz bu çölə çatanacanilxılar keçdi, ilxılar.

Yaxşı ki, keçdi ilxılar......Görən yenəmi ilxı var?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri