Lap beşikdə, bələkdəEşitdik bu qarğışı:"Gəzməyə qürbət ölkə,Ölməyə vətən yaxşı…".

Bir qürbət ölkə gəzməkDüşmədi payımıza.Bu vətəni kəfəntəkÖlçdülər boyumuza.

Qayçıtək Arazı daAralığa atdılar.Bu kəfəni bir az daKəsdilər, qısaltdılar.

Kimin əli çıxdısa,Kimin dili çıxdısabu kəfənin altından,Əlini də kəsdilər,Dilini də kəsdilərbu vətənin adından.

…Bu kəfəni bir aç-bax;hələ diriyik, Allah!

Bu kəfəndən ağappaqbizə köynək tik, Allah!

Biz də bəndənik axı,Bizə nə dərd, nə qəm ver.Ölməyə yox, ilahi,Yaşamağa vətən ver!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq