Nə varlıdı bu torpaq
Nə varlıdı bu torpaq;Burda quş dimdiyindənYerə düşən dən - bitir.Hər şeydən yaxşı ancaqBu torpaqda qəm bitir.
Qəm bitir bu torpağınDaşında, qayasında.Buludundan qəm yağır,Dərd çıxır quyusundan.
Yoxlasan, burda hərəBir dərd ilə xəstədi.Burda körpələr beləDərd çəkməyə ustadı.
Bizi yaxşı tanıyırBu dünyanın dərdləri.Bizi deyib gəlirlərAdlayıb sərhədləri.
Burda dərdlər kef çəkir,Hamısı dipdiridi.
Bura bütün dərdlərinSığınacaq yeridi.
...Nə varlıdı bu torpaq,Bir əkirsən - dörd bitir.Hər şeydən yaxşı ancaqBu torpaqda dərd bitir.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-ne-varlidi-bu-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Gəldi baharElimin, yurdumun çox baharı var,Solmayan, al-yaşıl laləzarı var,
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Torpağım da qısqanacaqNeyləsəm,Hamısı boş şey