Torpaq örtdü hər şeyi;yollar, izlər örtüldü.Axtarıb-axtarıb tapammadığım,Tapanda doyunca öpəmmədiyimala gözlər, qara gözlər örtüldü.Şairlərin neçəsini azdırıb,Cavanını, qocasını azdırıb,dünyada tək mənim şair bəxtimədüşən sözlər örtüldü, -torpaq örtdü hər şeyi.

Bu nə torpaqdı, Allah?!Ürəyimin başındanqabardı-qalxdı, Allah.Bir ah çəkdim, ahımdan səpələndi,qəbir kimi təpələndi üstümdə.Uddu, uddu, uddu bu torpaq məni;Nə vətəndə, nə qürbətdə,Nə şəhərdə, nə kənddə,Uzaqda yox, yaxında, lap yaxında,Ürəyimin torpaHındabasdırdı Allah məni, -Torpaq... torpaq... torpaq örtdü hər şeyi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən