Torpaq yuxudan yumşaq,göy üzü gözdən duru.Bu torpaqla göyün arasındaölməklə necəsənbu gecə yarısında?!

Torpaq elə yumşaqdı ki,adam öləndə beləYıxılıböz kobud bədəniyləbu torpağı ağrıtmağa utanır.

Torpaq yuxudan yumşaq...Kimin yuxusundan, atam?!Səninmi?Mənimmi?Bizim yuxumuza yıxılan adamparçalanarparça-parça.

Torpaq yuxudan yumşaq...Elə yumşaqdı ki,bizdən sonra yüz il dəsaxlar ləpirlərimizi.

Yurdsuz pişiklər gecələyərləpirlərimizdə.Sonra torpaq daşlaşar,daşlaşar ləpirlərimiz,daşlaşar pişiklər...

...Və yüz il sonra bir adaməyilib» bir daş qaldırarləpirimizdən,bir itə atmaq istər -Və əlində qorxudanmiyoldayar daş...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən