Saçların dağılıb tamam,Yaylığını yel aparır.Qaçıram, tuta bilmirəm,Qoyma, məni tər aparır.

Yuyundum, tərdə yuyundum,Axır yoruldum, dayandım,Qayıtdım, gördüm toyundu,Gördüm səni ər aparır.

Saçına güllər taxırsan,Ovcuna xına yaxırsan,Sən orda göyə baxırsan,Burda məni yer aparır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri