Bu həyətdə yatan quzu,Yuxunda gördüyün nədi?Nəfəsini dadlı, uzunOt kimi dərdiyin nədi?

Bağlanıb baxtın, bağlanıb,Qırmızı bantın bağlanıb,Tümarlanıb, sığallanıbBu evə gəldiyin nədi?

Sevinmə ki, hələ toxsan,Yaşıl otdu hara baxsan,Mən bilirəm, qurbanlıqsan,Bəs sənin bildiyin nədi?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri