Aman Allah, bu nə işdi, nə işdi,Aylar, illər necə gəldi, ötüşdü,Bu qız haçan belə dəydi, yetişdi,Bu boy-buxun buna haçan verildi?

Dünən hələ bu boydaydı, bu boyda,İndən belə ağlamaqdan nə fayda?Öldür məni, oynamaram bu toyda,Öldür məni, bəlkə bir də dirildim.

Bəlkə bir də bu qız çıxdı rastıma,Yanıq verdim düşmənimə, dostuma,Lampa olub işıq saldı üstümə,Kölgə olub ayağına sərildim.

...Atam oğlu, boşla boş nağılları,Bu qız getdi, uzaq oldu yolları,Kiminçinsə qucaq oldu qolları,Dodaqları bir öpüşlə dərildi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri