Vətən oğlanlarının
Əqidəsi dönməzdir,Məhəbbəti sönməzdir,Şücaəti ölməzdirVətən oğlanlarının.
Dili yalan bilməzdir,Sonu beş arşın bezdir.Üzü yersiz gülməzdirVətən oğlanlarının.
Düşmənin başın əzdi,Keşikdə ayıq gözdü.Şöhrəti dünya gəzdiVətən oğlanlarının.
Üzü dönsə çox tərsdi,Söz deyəndə sərbəstdi.Səbirin Allah kəsdiVətən oğlanlarının.
Cəngavərdi,qəhrəmanBu Vətən oğlanları.Dünyada gözəl insanBu Vətən oğlanları.
Kitabxana.az · https://kitabxana.az/works/vuqar-ehmed-veten-oglanlarinin
← → düymələri ilə keçid, R — təsadüfi şeir