Qarabağdır
(nəğmə)
Nə zamandır torpaqlarım işğaldadır,Gör bu elim, bu Vətənim nə haldadır?Qarabağda qulaq səsdə, göz yoldadır,Torpaqlarım təzdən mənim olmayınca,Ömrüm-günüm, yaşamağım mənə dağdır,Hissim, duyğum, arzularım Qarabağdır.
Anam, bacım sən başına qara bağla,Dolan qara buludlarla dolub ağla,Yağı düşmən meydan açıb Qarabağda,Torpaqlarım təzdən mənim olmayınca,Ömrüm-günüm, yaşamağım mənə dağdır,Hissim, duyğum, arzularım Qarabağdır.
Çadırlarda ey doğulan körpə-uşaq
Uca səsdən, məlahətdən nə danışaq,İlan mələr bu yerlərdə səsin boğuq,Torpaqlarım təzdən mənim olmayınca,Ömrüm-günüm, yaşamağım mənə dağdır,Hissim, duyğum, arzularım Qarabağdır.
Nəqarət:Gözəl Allah, qaytar mənə Ağdamımı,İstəyirəm öz evimi, öz damımıGözü yaşlı qoyma mənim sən anamı,Torpaqlarım təzdən mənim olmayınca,Ömrüm-günüm, yaşamağım mənə dağdır,Hissim, duyğum, arzularım Qarabağdır.
Qarabağın insanları nəzakətli,Xanəndələr oxuyurlar məlahətli,Vüqar Əhməd soruşur ki, nə halətdi,Torpaqlarım təzdən mənim olmayınca,Ömrüm-günüm, yaşamağım mənə dağdır,Hissim, duyğum, arzularım Qarabağdır.
Kitabxana.az · https://kitabxana.az/works/vuqar-ehmed-qarabagdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir