Bir nəğmə toxumu basdırdım yerə
Bir nəğmə toxumu basdırdım yerə,becərdim,cücərdi,ucaldı nəğməm,Qalxdı qol-budaqlı bir ağac kimi.O ağacın kölgəsində uzandım.yatdım, getdim yuxuya.
Bir toxum da basdırdılar sağımda,solumda da basdırdılar birini.Oyandım,böyrümdə bir meşə gördüm;Nəğmələrin kölgəsindəşairlər yatmışdılar.Yenə yatdım,yenə getdim yuxuya...
Sancıldı yuxuma balta səsləri,doğrandı, doğrandı, doğrandı yuxum,qıvrıldı, qovruldu, bağlandı yuxum.Bağlandı -yuxumun qaldım içində.
...Gözümü açanda meşə yoxuydu,kötük-kötük qaralırdınəğmələr.Şairlər oturmuşdularkötüklərin üstündə.Mən də qalxdım,nəğməmin kötüyündə oturdum.Oturduq eləcə,susduq eləcə...
...Yoldan keçən,dindirmə,qan ağlarıq!...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bir-negme-toxumu-basdirdim-yere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əhdinən, səmədən həyya layəmud,Tut dəstimdən, yetir dür üstə məni.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,