Göy üzü daş saxlamaz
Durub göy üzünə daş atan oğlan,göy üzü daş saxlamaz.Oğul belə baş saxlamaz, atam balası,Kim qırxıb başını,salıb bu kökə?Şalvarın, pencəyin özündən yekə,Baxırsan, göy üzü gözündən yekə,durub göy üzünə daş atan oğlan.
Hələ ki, başına-gözünə qıymaz,atdığın daşları saxlar göy üzü.Atdığın daşları tutub əlində,səni illər boyu yoxlar göy üzü.Qırxıq başın tüklənincə,O dumduru gözlərinbulanınca, çirklənincə,atdığın daşları saxlar göy üzü.
Yediyindən yeyərsən,Geydiyindən geyərsən,böyüyərsən, böyüyərsən, atam balası.Gözlərin böyüyər sən böyüdükcə,gözündə yaş böyüyər.Əllərin böyüyər sən böyüdükcə,göy üzündəatdığın daş böyüyər.
Baxt gülsə üzünə bu yer üzündə,ölümün ləngiyib gecikə bilsə.O daşdan özünə bu yer üzündəhasar çəkə bilsən,ev tikə bilsən.Bir göy qurşağıtək ömrün uzansa,baxtına hər cürə rəngdən düşəcək.Bir gün bu dünyada qəbrin qazılsa,bəlkə də, başdaşın göydən düşəcək.
...Durub göy üzünə daş atan oğlan,göy üzü daş saxlamaz...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-goy-uzu-das-saxlamaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
Yadıma düşdüYarın gərdəninə qolum salanda,Zülfə dolaşdığı yadıma düşdü.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.