Dərd dərdi əridir, udur
Dərd dərdi əridir, udur,Dərd dərdin dibinə çökür.Dərd dərdin əlindən tutur,Dərd dərdin ipini çəkir.
Nə uzundu dərdin ipi,Dolanır dörd bir tərəfi,Dünyanın dərdli tərəfiDərdsiz tərəfini çəkir.
Dünyadan bezmir yenə də,Şükür deyib bu günə də,Adam lap öz dərdini dəSevinə-sevinə çəkir.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-derd-derdi-eridir-udur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dilbər, neyləmişəm, nədir günahım
Dilbər, neyləmişəm, nədir günahım,Baxar mənə özgə sayaq gözlərin.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Mürşidlikdən sizə budur, ərənlərMürşidlikdən sizə budur, ərənlər,Hər nə istər, mənzil nərə buluna.
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.