Balıqların donuq bəbəklərindəsızlar ulduzların yuxusuzluğu.Bəlkə də, göylərin ətəklərindəTanrı özü əkib bu ulduzluğu.

Dəniz göyə baxar div iştahıyla,dəniz dalğa-dalğa göyə yeriklər.Balıqlar dırmaşıb ay işığıyla,göydə ulduzları dənləyəcəklər.

Gecənin qəribə qəribliyindədənizə göylərdən balıqlar düşər.Sonsuz üfüqlərin göy ipliyindənxırdaca-xırdaca yumaqlar düşər.Bir qoca kapitan baxar qayadan,dəniz -gəmilərsizboş nənni kimi.Dənizsiz darıxar qoca kapitan,səsini itirən müğənni kimi.

Sahil qumlarının ləpir ümidiverilər dalğalar ixtiyarına.Bir tənha gəminin bir tənha fitiçırpılar qağayı qanadlarına.

Qoca kapitanın son nəfəsiyləağrısı-acısı canından çıxar.Balıqlar oxuyar titrək səsiylə,sudan yarıbalıq xanımlar çıxar.

Uzadar əlini dəniz qızına...Donuq bəbəkləri şüşələnəndə -Birdəngözlərində bir dəniz sınar,Sınar xəstəxana şüşələrində...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar