Bir xəfifcə külək əsdiürəyimin yanından.Əsdi ətəyi yellənənbir nazik qız donundan.

Bu nə gözəl qızdı, Allah,lap qəbirdə sevməli.Bir də, bir də doğulmalı,bir də, bir də sevməli.

Gecələri səhərəcəndizinə baş qoymalı.Yuxuda da onu görüb,diksinib öyanmalı.

Əcəl günü, son nəfəsdəson sevdaya düşməli.Bir cüt quştək bir qəfəsdəonunla sevişməli.

Sonra... sonra arxayınca,kirimişcə ölməli.– Bəsdi, kiri, axmaq qoca.gülməlisən, gülməli!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri