Müsəlmanlar! Orda-burda az danışın yalanı,Gəlin həqqi unutmayın, insaf eyləyin bir az!Deyirsiniz – çoxdan keçmiş xariqələr zamanıPeyğəmbərlən sonra bir də möcüzələr yaranmaz –Bu sözlərə kim ananar, bir əfsanədir bunlar,Öz fikrimi isbat üçün mənim dəlillələrim var:Yetmiş altıncı illərdə Polşadan gələn kimiTiflisə bir günəş doğdu, bu möcüzə deyilmi?

Cavab versin burdan axan, dünya görmüş dəli Kür,Bugünə tək kim Tiflisdə iki günəş görmüşdür?Adı Vanda, özü mələk, yanaqları nar kimi,Onaltıncı baharında yetişdi bahar kimi.

Qızın mehriban atası bir mötəbər kişidir,Onun əziz xatirini hamı sevir, istəyir.Göyün odlu günəşinə çox baxanlar kor olurLakin, bu yer günəşindən zəif gözlər nur alır.

Vaxt olur ki, günün üzü buludlarla örtülür,Ancaq, mənim günəşimin üzü açıqdır, gülür.Kopernik də söyləmişdi günəş daim sabitdir,Lakin, Vanda dövr eyləyir, könüllərə can verir.

Hansı cənnət mələyində belə kamal, camal var,Hansı cənnət hurisində bu gözəllik tapılar?Mələklərə tay etmərəm bu füsunkar dilbəri,Listi çala bilərmi heç behiştin huriləri?

Mələklər heç bilirlərmi ayrı-ayrı dilləri?Görün necə dil bilir bu yer üzünün ülkəri.Heç mələklər oxumuşmu müxtəlif kitabları?Görün necə oxumuşdur Polşanın füsunkarı.Köləliyi ləğv etdilər vuruşaraq gürcülər.Bu qılınclar, bu qırğınlar, heyf vermədi səmər –Vanda Kürün kənarında maral kimi gəzərkənBir baxışla gürcüləri əsir etdi yenidən.

Səbuhi ki, əyilməzdi şahların qabağında.Gözəlliyə əsir oldu bu ixtiyar çağında...Vandaya can sağlığıdır şairin təmənnasıQoy onunla fəxr eləsin xoşbəxt ata-anası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şərtnamə

Bu şərtnaməni yazmaqdan məqsəd odur ki, hicri 1283-cü ildə (1866-1867) mayor Mirzə Fətəli Axundzadə “Kəmalüddövlə” adlı türk (Azərbaycan) dilində bir kitab yazmış, orada bəzi fars şeirləri və ərəbcə bir sıra ayələr, hədislər və misallar gətirmişdir. Həmin kitab müqərrəbül-xaqan, ikinci sərtib Mirzə Yusif xan və müəllifin öz köməyi ilə fars dilinə tərcümə olunmuşdur. Avropa xalqlarının mövcud qanunlarına görə, hər bir əsərin çap edilməsi hüququ müəllifin özünə məxsusdur. Lakin, burada, müəllif tam könüllü olaraq, şüurlu surətdə özünün bu hüququnu bundan sonra əsərin üzünü köçürən ləqəbi ilə göstərilən müqərrəbül-xaqan Mirzə Yusif xana aşağıdakı şərtlərlə verir:1. Əsərin üzünü köçürənin bu əsəri öz xərci ilə hər yerdə – İran xalqı və bütün Asiyanın farsca danışan əhalisi üçün fars dilində və Osmanlı xalqı üçün türk dilində çap etdirməyə ixtiyarı vardır.

4 dəq
Şərtnamə

Birinci. Mən, aşağıda bunu imza edən Mirzə Fətəli Axundzadə, Hindistan şahzadəsi monqol Kəmaluddövlənin məktubları adlı bir farsca kitabın sahibi, həmin kitabı həqiqi mülki müşavir şərqşünas Adolf Petroviç Berjenin köməyi ilə rus dilinə tərcümə etmişəm. Təsdiq edirəm ki, cənab Berjenin də ixtiyarı vardır ki, həmin kitabı onun ruscaya tərcüməsindən ya da fars mətnindən firəng, alman və ingilis dillərinə tərcümə etsin. Sonra o, bu dörd tərcümənin nəşrini münasib bildiyi qiymətlə hər hansı kitab satıcısının öhdəsinə buraxa bilər və bu dörd tərcümənin bütün nəşrlərinin satılmasından alacağı pullar ikimizin arasında tən yarı bölünməlidir, bir şərtlə ki, Berje kitab satıcısı ilə öz arasında olan müqaviləni mənə göstərsin. Tərcümələrin nəşri təkrar edilərsə, yenə hər nəşrdən alınan gəlir aramızda bərabər bölünməlidir.Kitabın fars mətninin nəşrinə gəldikdə, bunun da ixtiyarını mən, vəd etdiyi yaxşılıq üçün səmimi minnətdarlıq əlaməti olaraq, cənab Berjeyə verirəm. Və əgər vəd etdiyi ixlas, onun bütün səyinə rəğmən, hər hansı bir səbəb üzündən imkan xaricində olarsa, yenə də məzkur kitabın fars mətninin nəşrindən alınan gəlir aramızda bərabər bölünməlidir.

2 dəq
Nikolay İvanoviç Baranovskiyə

Qafqaz canişinliyi baş idarəsi departamentinin tərcüməçisi mayor M.F.Axundzadənın yazılı məruzəsi**Sentyabr 1868-ci il Baş idarə departamentinin direktoru, həqiqi dövlət müşaviri və kavaler Nikolay*

3 dəq
Maarif nazirinə məktub

Həzrət-əşrəf, nəvvab maarif naziri Etizadüssəltənəyə! Onun ali səadəti daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan alicənab bir cavandır. Onun mənə çox məhəbbəti və hörməti vardır. Həmişə sizin gözəl sifətləriniz və yaxşı xasiyyətləriniz haqqında söhbət edir. Bu vasitə ilə də məni sizin həm fitri, həm də elmi fəzilətlərinizlə qiyabi surətdə tanış etmişdir. Ona görə də mən köhnə islam əlifbasını dəyişdirmək və yeni yazı qaydaları tətbiq etmək haqqında Maarif Nazirliyinə ərizə göndərərkən, mənim ixlasımı bildirən bu məktubla həzrət-aliyə başağrısı verməyə cəsarət etdim.

3 dəq

Başqa şairlərin şeirləri