Ha ki, yüyür, ha ki, tələs,Addım-addım, nəfəs-nəfəsBu dünya ölçüyə gəlməz,Dünyanı ölçüb getmədim.

Heç kəs öymədi adımı,Çoxu çapanda atını,Mən gizlətdim qanadımı,Quş kimi uçub getmədim.

Doğradım-çapdım özümü,Yoğurdum-yapdım özümü,Nə yaxşı, tapdım özümü,Böyrümdən keçib getmədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri