Əyildim, sulara baxdım,Axtardım cavan üzümü.Sular axdı, sular axdı,Apardı cavan üzümü.

Qaçdım daş-qaya bilmədim,Qaçdım, haxlaya bilmədim,Tutub saxlaya bilmədimSularda axan üzümü.

…Üz-gözüm qırışdı, anam,Bu nə tordu, düşdüm, anam?!Ölənəcən qurtarmaramDaha bu tordan üzümü…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri