Çoban Əli ilə Aşıq Heydərin deyişməsi
COBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,Düşdün çöldən-çölə divanə kimi.Oduna bir kimsə su da səpmədi,Qəlbin yanıb oldu viranə kimi.
AŞIQ HEYDƏR:Haqqı dana bilməm, önündə qulam,Tez-tez incitsə də dərdü- sər məni.Çöllərə düşəndən cavan yaşımdan,Təbim moc verdikcə tərpədər məni.
ÇOBAN ƏLİ:Durub dincəlmədin eşq ataşından,Bir kömək görmədin yar-yoldaşından.Qoruna bilmədin qəmin daşındanO yıxıq qəlbini qurana kimi.
AŞIQ HEYDƏR:Kimi uzaq oldu eşq ataşından,Coxu məğlub çıxdı dərd savaşından,Yolumu hey saldım bulaq başından,Qəm də etdi belə dərbədər məni.
ÇOBAN ƏLİ:Çoban Əli deyər, haqqı danma gəl,Mərdin qabağına çıxar yüz əngəl.O qara baxtınan olursan mətəl,İndi dolanırsan pirana kimi.
AŞIQ HEYDƏR:Aşıq Heydər deyər yatdığım yerdə,Ərərnlər-ərəni üstümdə durdu.Nur dolu badəni əlimə verdi,Içdim tutdu odu bir qədər məni.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-coban-eli-ile-asiq-heyderin-deyismesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Var-dövlət dediyin bir əl çirkidi,Çox da qürrələnib öyünmə, Hacı.
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Çatlayır, Xanbacı, qəmdən ürəyimÇatlayır, Xanbacı, qəmdən ürəyim,Qavışıb lap acığımdan kürəyim.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.