Aşıq Qənbər:Başım neçə daşa dəyib,Günüm keçib bu dağlarda.Yağış yağıb, dolu döyüb,Günüm keçib bu dağlarda.

Aşıq Heydər:Başa hərdən daş da dəyir,Gün görmüşük bu dağlarda.Fələk qanan kəsi döyür,Gün görmüşük bu dağlarda.

Aşıq Qənbər:Yaxşı günüm çox az olub,Gümanım sözbət-saz olub.Boran əsib, ayaz olub,Günüm keçib bu dağlarda.

Aşıq Heydər:Yaxşı günü tapmaq olmaz,Doğru yoldan sapmaq olmaz.Sazdan-sözdən qopmaq olmaz,Gün görmüşük bu dağlarda.

Aşıq Qənbər:Pis günlərə dözə-dözə,Gün görürəm təzə-təzə.Mən qane olmuşam aza,Günüm keçib bu dağlarda.

Aşıq Heydər:Pis günü mən də görmüşəm,Duman da, çən də görmüşəm,Düşəndə bəndə görmüşəm,Gün görmüşük bu dağlarda.

Aşıq Qənbər:Yetimlikdə böyümüşəm,Daşa dəyib könül şüşəm.Qanadı qırıq bir quşam,Günüm keçib bu dağlarda

Aşıq Heydər:Mənim də könlüm sınıqdı,Bağrımın başı yanıqdı.Çırağım yanır, sönükdü?!Gün görmüşük bu dağlarda

Aşıq Qənbər:Adım Qənbər, özüm fağır,Dərdim çoxdu, yüküm ağır.Sən ustadsan, bir çal-çağır,«Günüm keçib bu dağlarda».

Aşıq Heydər:Könlümü elə vermişəm,Heydərəm, başda durmuşam.Ağır məclislər qurmuşam,Gün görmüşük bu dağlarda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri