Birdəfəlik köçüb gəldim,Yeri, göyü ölçüb gəldim,Qaranlıqdan keçib gəldim,Ulduzları çırpın məndən.

İpək köynək istəyirəm,Qızıl eynək istəyirəm,Bir qız sevmək istəyirəm,Bu qızları çırpın məndən.

Oyaq qalmaq istəmirəm,Tez qocalmaq istəmirəm,Şair olmaq istəmirəm,Bu sözləri çırpın məndən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri