Çətindi
Təbib yox, cərrah yox, bulunmaz əlac,Sağalmaz, qurtarmaz, yara çətindi.Zülümdü mərd ola namərdə möhtac,Yamandı ayrılıq, ara, çətindi.
Hələ var dağlarda Məcnun naləsi,Gəlir qulağıma kəsilmir səsi,Qırılsa sağalmaz könül şüşəsi,Bilməz, olsa para-para çətindi.
Ağlaram, gözümdən tökərəm yaşı,Sinəmi yandırar möhnət atəşi,Sərrafə yükləmək gövhərsiz daşı,Həmdəm olmaq biilqara çətindi.
Bəxtəvərdi öz bəxtindən yarıyan,Xoş gün görüb yarla birə qarıyan,Axır qanım, yoxdu yaram sarıyan,Müşkül dərdə ola çarə çətindi.
Tərsinə işləyir bu çərxi-dövran,Tale sən deyəni demir hər zaman,Qurban səyyad əldən uçurub tərlan,Bir də gəlib düşə tora çətindi.
Kitabxana.az · https://kitabxana.az/works/agdabanli-qurban-cetindi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
تا کی صفتت با دل پژمرده کنم
Sirlər xəzinəsi, fəsil 11Sən ey bütün bəşərə şərəf, yaraşıq olan,Ey dünyanın gözünə əbədi işıq olan
QoşmaMən özüm də bir yazıyam,Taleyin yazdığı yazı.
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.