Köhnə məktublar
Xəbər gələr daha ömrün qışından,Soyuyarsan - saçlarına qar düşər.Ancaq köhnə kitabların içindənHərdən-hərdən köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,boylanarsan - arvad-uşaq görməsin.Çəkilərsən otağın bir küncünə,gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,indiyəcən ağrıyır hər sözü də.Yazan qızın nəydi adı, ilahi?Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,Yavaş-yavaş səsi düşər yadına.Bir hərfdən - qaşı düşər yadına,Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqdaGöz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda.Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;"o kölgəni arvad-uşaq gördümü?!"Tez məktubu atarsan külqabıya,yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da yandırar,Sözlər yanar - o qızı da yandırar.Sözlər qaçar o alovun içindən,Sən baxdıqca - basar səni soyuq tər.Sıra-sıra qara qarışqalartəkQaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.Bir quş olub uça bilməz bu oddan.O qız yanar o alovun içində,Göyə qalxar o alovun dilləri.O alovun dillərinə sarmaşıbYanar, yanar uzun-uzun telləri.Yanar bir vaxt saçlarını oxşayanUzun-uzun barmaqları, əlləri.
O qız yanar -ərşə çıxar tüstüsü.Kağız yanar -külqabıda küllənər.Qəfil birdənkülqabının içindənYerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən - baxarsan,O üzüyü götürərsən - baxarsan;Bu üzüyü axı harda görmüsən?Bu üzüyü görməmisən bəlkə heç.Sən o qıza haçan üzük verməsən?Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:– Əlindəki nədi? - deyər.– Üzükdü.– O, üzüyü nə yaxşı ki, tapmışsan.neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:– Bunun rəngi niyə belə qaralıb?Barmağına güclə salar üzüyü:– Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də,o məktubun gülü hələ işarar.Maddım-maddım durub baxar arvadın,o tüstüdən bir cüt gözü yaşarar.
– Heç olmasa pəncərəni aç. - deyər, -burda necə oturmusan sən, necə?!Bu nə yanıq qoxusudu, ilahi,elə bil ki, adam yanıb indicə...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-kohne-mektublar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Bu, Vərqanın Ütaridlə təriqi-macərasudurNetdim sana ey dəbiri-aləm,Vey səfhənəvisi-fərdi-adəm.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı