خاقانیا به دولت ایام دل منه
خاقانیا به دولت ایام دل منهکایام هفتهای است خود آن هفته نیز نیست
روز و شب است سیم سیاه و زر سپیدبیرون ازین دو عمر تو را یک پشیز نیست
چرخ است خوشهای به زکاتش مدار چشمکان صاع کو دهد دو کری یک قفیز نیست
چون در زمانه چیز نداری خرد چه سودکن را که چیز نیست خرد هیچ چیز نیست
بر خوشی حیات مشو غره کآسمانسیاف پیشهایست که او را تمیز نیست
آن، بز نگر که در پی طفلی همی رودبهر مویزکی که جز آنش عزیز نیست
روزی به دست طفل شود کشته بیگمانچون بنگری گلو بر بز جز مویز نیست
Ey Xaqani, könül vermə bu dövranın dovrünə,
Dövran yalnız bir həftədir, həftə özü yox fəqət.
Gecə-gündüz qara gümüş, ağ qızıldır dəyərsiz,
Bundan başqa ömrə vermə bir qara pul da qiymət.
Fələk ki var, bir sünbüldür, zəkatına dikmə göz!
Dəyməz onun paylarına götürdüyün bu miniət.
Zəmanədə varın yoxsa, ağılın nə xeyri var?
Əli vardan boş olanın zəkasına nə hacət?
Bu həyatm xoşluğuna uyma, fələk cəlladdır,
O, yaxşıya, pisə baxmaz, baş kəsmək - ona adət.
O keçiyə bax ki, necə qaçır uşaq dalınca,
İstər alsın əlindəki mövüçünü o əlbət.
Bilmir, axır öləcəkdir o uşağın əlində,
Bir keçinin ölümünə bir mövücmüş kifayət.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qite-79
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Aləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Fələk sayır, mən sayıram…Rəhmətlik anam həmişə dara düşəndə*deyərdi: - Sən saydığını say, gör fələk*
Sən gəldin dünyaya – bəxtəvər oldumSən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.