Çən ötdü, çisək köçdü,Güllər açıb gülüşdü,Sevgilim yada düşdü,Bağlara baxanda mən.

Döşdə dincimi aldım,Sübhün seyrini daldım.Babamı yada saldım,Dağlara qalxanda mən.

Qarlı zirvələr aşdım,Haraları dolaşdım.– Ana! – deyə dil açdım,Canım darıxanda mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri