Üzdüm əlimi
Qayalar qanından qızaranda da,– Yazıq qartal! – deyə qəhərlənmədim.Təbiət qurudub, bozaranda da,– Qartal qartaldısa kəməşməz! – dedim.Yarıb buludları keçdi od kimi,Qorxmadım, zirvədən boylananda o.– Yazıq qartal! – deyə üzdüm əlimi,Qarğanı dost bilib, inananda o.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-uzdum-elimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir