Təzə bir ağac da əkdim torpağa,İlişib torpağa əlim qanadı.Şirin meyvəsini kəsib dadmağa,Ömür bəlkə çatdı, bəlkə çatmadı.

Qarışıb önümdə varaq-varağa,Dilimdə yaralı Dilqəmin adı.Zal qızı Gülnazı tamamlamağa,Ömür bəlkə çatdı, bəlkə çatmadı.

Qaynayıb qarışdım yaxşılarla mən,Məclislər uzandı kimsə yatmadı.Çıxmağa dostların xəcalətindən,Ömür bəlkə çatdı, bəlkə çatmadı.

Yerlərin, göylərin daldım seyrinə,Fikirlər, duyğular məni atmadı,Könüldən keçənin yüzdən birinəÖmür bəlkə çatdı, bəlkə çatmadı.

Hər təmiz ülfətin, hər xoş kəlamın,Hələ də fikrimdə ləzzəti, dadı.Nə deyim, toyuna Tural balanın,Ömür bəlkə çatdı, bəlkə çatmadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri