Bir dağ kəli yaraladım zirvədə
Bir dağ kəli yaraladım zirvədə,Baş titrədi, ayaq əsdi, daş axdı.Bir canlını candan saldı bir zədə,İki gözdən iki damla yaş axdı.
Düşünmədim, anadır, ya baladır,Övçü atar ov bərədən keçəndəAla tula qanlı daşı yaladı,O sönürdü tikanlığın içində.
Qabaqlaşdıq, sökülməmiş qızıl dan,Mən silahlı, o silahsız bu yerdə.Yarıyolda ayrı düşdü qatardan,Mən günahlı, o günahsız bu yerdə.
Öz halına təkcə özü ağladı,Kimi var ki, kim dayana yanında.Dil uzadıb, nəm torpağı yaladı,Sumu keçdi, xəyalından son anda?
Dodaq yanır, yanaq yanır, üz yanır,Buludumu, dumanımı əyləsin?Boylandıqca baxış yanır, göz yanır,Bu yanğıya sellər, sular neyləsin?
Ağır-ağır dartıb bükdü dizini,Muncuqladı kirpiklərdə donan tər.İndən belə toz basacaq izini,İndən belə nə yürüş var, nə səfər.
Birdən-birə elə çırpdı özünüSağ buynuzu qopub qaldı qayada.Ey Hüseyn, müxtəsər et sözünüBu qan səni tutasıydı, tutdu da.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-bir-dag-keli-yaraladim-zirvede
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O günlər yuxuydu, yoxsa həqiqət,Bəlkə bir düyünlü sirr idi, getdi.
TapılmazBuraxma fürsəti, buraxma əldən,Göydə qərar tutub, yerdə tapılmaz.
Torpağa qoşuldumTorpağa qoşulub gəzdim dünyanı,Mənasız keçmədi ömrün bir günü.
Sözdə vurğun, sazda mirzəAşıq dostum, deyim sənə,Sözdə Vurğun, sazda Mirzə.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,