Bir binayam, kərpicləri sökülmüş,Bir çələngəm, çiçəkləri bükülmüş,Bir ağacam, meyvələri tökülmüş,Yaranmışdan belə baxtı kəməm mən.

Bir çəmənəm, sağı, solu saralmış,Bir zirvəyəm, keçidini qar almış,Bir insanam, yeri, yurdu daralmış,Dünya boyda möhnətəm mən, qəməm mən.

Bir palıdam, gövdəsindən yarılmış,Bir qartalam, qanadından vurulmuş.Bir ürəyəm, şah damarı qırılmış,İndən belə necə deyim kiməm mən?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar