Başqadır könlümdə eşqin həvəsi,Nə qış düşündürür, nə bahar məni.Açın radionu yayılsın səsim,Dinləsin atalar, analar məni.

Bir anlıq təsadüf, bir anlıq tufanNələr törətməyib,dərk edin barı.Qoruyun qəzanın tikanlarından,Çiçək balaları, gül balaları.

Nə çoxdur gündüzün, gecənin şəri,Daddıq ağrısını hər müsibətin.Bir misal da çəkim gəlmişkən yeriYaratmaq asandır, yetirmək çətin.

Qoruyun onları bağçada, bağdaEnişdə, yoxuşda, düzdə qoruyun.Şirin nəğmələri isti dodaqda,Qaynar gülüşləri gözdə qoruyun.

Yüzillik möhnətdir bir anlıq vaxt da,Adi küləyin də hökmünü duyun.Şamamanı tağda, qönçəni şaxda,Körpəni qucaqda, qolda qoruyun.

Nə yaman çırpınır ürəyim yenə,Qalxan ocağın da kül qorxusu var.Demək istəyirəm, qoy deyim yenə,Evin ev, çölün də çöl qorxusu var.

Sürücülər naşı, maşınlar şimşək,Şütüyür bir yanda, yanır bir yanda.Sərhəd keşiyində durduğumuz təkDuraq keşiyində övladların da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar