Qulaqda nə qədər dost-tanış səsi,Yollara qoşulub ömrümün yolu.Dağlı babaların geniş sinəsi,Nağılla, dastanla, hikmətlə dolu.

Yarpaqlar sırğalı, çiçəklər tərli,Yenicə köçünü çəkib çən-çisək.Baldırğan qoxulu, yarpız ətirli,Bir külək oyandı, sərin bir külək.

Bir qartal şığıdı baxmadan geri,Diksinib qatını açdı buludlar.Bir dağlı qocayla o yay səhəri,Bir qaya belində tutmuşduq qərar.

Sellər, sular kimi insan xəyalı,Rahatlıq bilməyir tarix boyunca.Həyəcan içində süzüb qartalı,Maraqlı bir söhbət başladı qoca:

– Atamla çox durub-oturmuşam mən,O nələr danışar, nələr deyərdi.Axşamlar gözünü çəkməyib göydən,Uçarda qartalı tərifləyərdi.

Atam deyərdi: – Oğul,Qəribədir bu quşlar.Sevimli balasına.Hər quşun öz dərsi var,Bala qartal gözünü.Yuvada açan zaman,Ana qartal ilk dəfə.Yapışıb boğazından,Torpağa çəkər onu.Yeriş göyərtmək üçün,Qayalar arasında.Yürüş öyrətmək üçün,Ayağını bərkidər,Qanad-quyruq açmamış.Yerdə sınar özünü,Göyə qalxıb uçmamış.Bir dəfə üfüqlərdən,Geri dönəndə qartal.Ona verdilər sual:– Ən şərəfli, ən çətin,Söylə, nədir dünyada?Nəfəsini dərərək.Balalara verdiyiİlk dərsi saldı yada.

Boy atır qayanın sərin kölgəsi,Baxışlar alovla, heyrətlə dolu,Dağlı babaların geniş sinəsi,Nağılla, dastanla, hikmətlə dolu.

Sanki doğmalaşdı dumanda da, çən də,Meşəni düşünüb, çəməni andım.Zirvədə qartaldan söhbət düşəndə,Ey ilk müəllimim, tək səni andım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri