Daha yaxşıdır
Torpağın bulanıq min-min suyundan,Bir duru bulağı daha yaxşıdır.Yüz söyüd gövdəsi xatırlayınca,Bir palıd budağı daha yaxşıdır.
Yoxlayıb həyatı duydum dərindən,Götürdüm yükümü xeyir-şərindən.İnsanın bicindən, hiyləgərindən,Heyvanın axmağı daha yaxşıdır.
Uzaq ol meydanda dil savaşından,Oğrunca atılan cahil daşından.Donuz kəlləsindən, dana başından,Ceyranın ayağı daha yaxşıdır.
Namərd məclisində sözünü gözlə,Dursan kül yanında gözünü gözlə.Tülkü quyruğundan özünü gözlə,Qartalın caynağı daha yaxşıdır.
Hüseyn, qəm yeyib kədərlənmə sən,Artıb çoxalsa da saçlarında dən,Çaqqalın kef çəkib gəncləşməsindən,Şirin qocalmağı daha yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-daha-yaxsidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yel döyür, sahilə yan alır qayıq,Mən də gedəcəyəm, geci-tezi var.
Heyif deyərlərKülək yeri, göyü ayaqlayanda,Qopan budaqlara heyif deyərlər.
Bir arzum varBir arzum var, çiçək aça, gül bitə,Tər yasəmən dostdan-dosta pay ola.
DeyərdimQanım damarımda çağlamasaydı,Zalımlar qanımı içdi, deyərdim.
Başqa şairlərin şeirləri
Yağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Ey həq əhli, sən sənin cismində beytullahi görEy həq əhli, sən sənin cismində beytullahi gör,Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Yenə, ey gözləri məftun, sənə məftunəm mənYenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.