Bir arzum var
Bir arzum var, çiçək aça, gül bitə,Tər yasəmən dostdan-dosta pay ola.Bulud bata, duman yata, çən ötə,Günəş ola, ulduz ola, ay ola.
İnsafdırmı yaxşı ata yaxşını,Yaxşı gərək yaxşı tuta yaxşını,Bir arzum var, yaxşı tapa yaxşını,İki könül bir-birinə tay ola.
İnsan oğlu məhəbbətdən güc alar,El gözündə ucaldıqca ucala.Bir arzum var, yallı gedə qocalar,Bir arzum var, balalara toy ola.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-bir-arzum-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Şəltük
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Gülü məndən alıncaAy ariflər, bir tərlanım uçubdur,Sağ əlimdən sol əlimə alınca.
Vəslin mənə novruz, gecəsi oldu müyəssərSanki o gecəm gündüz ilə oldu bərabər.
روز طرب رخ نمود روزه به پایان رسیدرایت سلطان عید بر سر میدان رسید