Gəzib oba-oba, dolaşıb kənd-kənd,Bir əsr ömr etmək gör nə deməkdir.Dözüb oba-oba, odlanıb kənd-kənd,Gözüylə alovlar görmək deməkdir.

Aləmi könlünün həmdəmi bildi,Çəkdi xəyalını dağlar, aranlar.

“Göyçə qar əlindən zara gəlibdir,Müğan həsrət çəkir a yağa qar-qar”.

Dərdini ellərə sazla danışdı,Göyçə mahalının, Göyçə gölününEşqiylə neçə yol yanıb alışdı,“Göyçə gözəlinin”, “Göyçə gülünün”.

Əkinçi yanından gəlib-keçəndə,Yadına nə düşdü – yağış buludu.Xalqın taleyini fikirləşəndəDərdi torpaq dərdi, su dərdi oldu.

Gəzdi Qarabağda, Mildə, Muğanda,Camaat başına döndü, nə döndü.Ustadlar ustadı sayılanda daUstadı yanında şagirdə döndü.

Təmkinli duruşu, uca qaməti,İgid babaları xatırladardı.Onda Dədə Qorqud əqli, hikməti,Həm də qoç Koroğlu vüqarı vardı.

Ömrün əvvəlindən axırınadəkSaza bağlasa da öz ürəyini,Yer əkib, su çəkib, toxum səpərəkZəhmətlə qazandı duz-çörəyini.

Əllər tərpənmədi onun səsilə,Ağaclar oynayıb, daşlar qızanda,Qırğınlar dayandı bir kəlməsiləBeyinlər qudurub, başlar qızanda.

Qıymadı yaxşıya, qıymadı mərdə,Bir dost arxasında bir mahal oldu.Yeri bilindikcə xeyirdə, şərdəGənc ikən mötəbər ağsaqqal oldu.

Zalımlar önündə titrədi zağ-zağ,Atdığı hər güllə hədəfə dəydi.O, Vaqifdən sonra, Vurğundan qabaqElə bil saz tutub, söz deməliydi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri